4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

Abaddon

Salam ,dostlar. Bu gün də sizinlə Sara Jionun başqa bir romanından bəhs edəcəm. Bu gün üçün seçimim “Mart bənövşələri” dir. Bu romanda da hadisələr 2 fərqli zamanda baş verir. Ərindən ayrıldığına üzülən yazıçı xanım adaya xalasının yanına tətilə gedir. Və bütün hadisələr də elə bu tətildən başlayır. Sonradan nənəsinə məxsus olduğunu anladığı gündəlik bir çox sirli hadisələrə işıq tutmağı bacarır.

download.jpg
1

Sevgi romanı kimi təqdim olunan əsərdə isə yazıçı hər zamankı xəfiyyə üslubunu qoruya bilib. Gündəliyin izi ilə sonuna qədər gedən Emili əslində nənəsi haqqında bildiklərinin tamimə fərqli olduğunu anlayır. Nənəsinin nakam məhəbbəti isə onun özü ilə davam edir.
Bu romanda diqqətimi çəkən məqam hər bir qadının əgər özünü dəyərli hiss edərsə mütləq dəyərini anlayan birinin ortaya çıxacağının mütləq olmasıdır. Sietl kimi meqapolisdən adaya qaçan yazarın macəralarını mütləq oxuyun. İnanıram ki, hər birinizə zövq verəcək kitablardan olacaq.

24 upvotes $0.10

Replies (4)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: