4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

Çuğullar

cuğullar.jpg

Heç uşaq vaxtı xəbərçilik üstündə döyülmüsünüz? Bəs xəbərçilik etdiyiniz üçün sizə konfet boyun olan nənəniz olub? Heç müdirinizə xoş gəlmək üçün iş yoldaşınızı “pod udar” qoymusunuz? Bəs sizin belə iş yoldaşlarınız olub? Heç onlar haqqında kitab yazmaq istəyiniz olub? Yaza bilməmisiniz? Bəs onlar haqqında kitab necə oxumaq istəyərdinizmi? O zaman sizə sürpriz kitabım var. Tanınmış jurnalist Azər Qismətin bu yaxınlarda çap olunmuş “Çuğullar” kitabı sizə çuğulluğun incəlikləri, xəbərçiliyin morfologiyası, çuğulların genetik kodları və sadalayıb “spoyler”(sözün tərcüməsini tapa bilmədim) vermək istəmədiyim digər nüanslarla zəngin məlumat verəcək. Siz bu kitabı ilk dəfə oxuyanda ətrafdakı tanışları görəcəksiniz. İkinci dəfə oxuyub o tanışların xarakterik xüsusiyyətlərini yenidən tədqiq edəcəksiniz. Üçüncü oxuda isə artıq bir bədən dilini öyrənmiş tərcüman kimi onlarla hansı məqamda necə rəftar etməyi məşq etmiş etmiş olacaqsınız.

188 upvotes $0.01

Replies (4)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: