4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

Nəfs!

Qoz qurdu bir növ tırtıl, girə biləcəyi qədər dəlik açar və qozun içinə girər, onu yeməyə başlayar.
Buraya qədər hər şey normaldır amma doymaq bilməyən qurd durmadan yeyər və yedikcə kökələr, qarnı böyüyər.
Nəhayət yeyib bitirdikdən sonra qozun içindən çıxmaq istəyər, amma açdığı dəlik balaca olduğundan ordan çıxa bilməz.
Ən pisi də odur ki, yeyilmiş qoz qurumuş və sərtləşmişdir, buna görə də o dəliyi genişlətmək artıq imkansızdır.
Dəlikdən çıxmağın bir yolu vardır, o, da arıqlamağı gözləməkdir.
Qurd ac qaldıqca arıqlayar və əvvəlki zəif, cılız halına dönər.
Sonunda bir gün çıxar, amma çıxdığında zaman keçmiş və onun fəsli bitmişdir.
Ortada ac və cılız bir qurd ilə içi boş sərt bir qoz qalmışdır. Bəzi insanlardakı pul, mal-mülk ehtirası və bağlılığı da bu qurdunkuna bənzəyir.
Doymaz, özünü elə itirər ki, qazandıqca qazanmaq və daha yaxşısını, çoxunu əldə etmək istəyər.
Çünki xoşbəxt olmaq üçün hər dəfə daha artığına ehtiyac duyar.
Ta ki gözü doyub, başını qaldırıb artıq bəsdir dediyində baharlar və yaylar bitmiş, zamansa keçmiş olacaqdır.
Geriyə sadəcə ömrünün sonbaharı, bəlkə də müxtəlif xəstəliklər, dərmanlar və pəhrizlərlə keçirmək məcburiyyətində qalacağı çox böyük bir "qara qış" qalmış olacaq...

https://www.facebook.com/USABaki/photos/a.442947699196803/1167841290040770/?type=3&theater

Foto

8 upvotes $0.10

Replies (2)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: