4th Street Bar Hive-Bar

Hive-Bar Powered by Hive beta-fdb5b5b

Community post

MOBBİNQ.

İnsan böyüdkcə, yaşlandıqca həyatındakı stresslər artmağa başlayır. Ən güclü stresslə isə iş həyatımızda tanış oluruq.
İşindən, daha doğrusu iş yerindən razı olan insanlar çox azdır, ya da mənim qarşıma beləsi az çıxıb.insanlar bəzən iş yerlərində müdirləri, ya da digər bir iş yoldaşı tərəfindən incidilir, alçaldılır. Bu mobbingdir.

Son illərdə mobbinglə üzləşənlərin sayı daha da çoxalıb. Ən pisi budur ki, iş yerlərində incidilən insanlar şikayət etməyə qorxur. İndi yeni iş tapmaq asan olmadığı üçün iş yerini tərk etmək də istəmirlər.
Nəticədə psixoloji basqı altında qalan insanlar depressiyaya düşür, həyatdan küsür, hətta intihara cəhd edən də olur.

mobbing-utestengelse-trist-1280x720.jpg
https://goo.gl/images/iSAm4c

Mobbingə məruz qalan işçinin yoldaşları da ona kömək etməkdən çəkinirlər, anlamırlar ki, sabah özləri həmin insanın yerində ola bilərlər.
Vaxtilə mən də mobbingin hökm sürdüyü bir yerdə işləməyə məcbur olmuşam, amma ordan ayrıldım, çünki bu dözülməz idi.

Müdir işçiləri təhqir edir, onların mənliyi ilə oynayırdı. Və hamı göz yumaraq susurdu, mobinngi inkişaf etdirən də budur-insanların işini itirmək qorxusu.
Razıyam, işsiz qalmaq, kiməsə möhtac olmaq xoş bir şey deyil. Amma əgər iş yeriniz çəkilməz və əzablarla doludursa, ya oranı tərk etmək, ya da əgər gücünüz varsa mobbinglə mübarizə aparmaq lazımdır.

Mobbing-am-Arbeitsplatz-AfA-Anwaelte-1.jpg
https://goo.gl/images/ZV1ww2

120 upvotes $0.07

Replies (2)

Review before signing

Posting as . Signing with . Keychain permission: Posting. Hive Keychain will ask you to approve this action next.


  
Technical details

Operation fingerprint: